send link to app

Şəkərli diabet app for iPhone and iPad


4.4 ( 7424 ratings )
Medical
Developer: Farid Hagverdiyev
Free
Current version: 1.1, last update: 4 years ago
First release : 15 May 2019
App size: 52.96 Mb

Şəkərli diabet aplikasiyası – diabet xəstələrinə kömək etmək üçün yaradılmış kompleks mobil
əlavədir
Mobil əlavə 3 əsas hissədən ibarətdir:
1) Dərmanların vaxtında qəbulu üçün yaddaş 
Həkiminizin təyin etdiyi dərmanları qəbul etməyi unutmayın. Dərmanların gün ərzində neçə dəfə, hansı dozada və nə vaxt qəbul edilməli olduğunu sistemə yazın.
Xəbərdarlıq sistemi həkimin təyin etdiyi dərmanların vaxtında qəbulunu sizə xatırladacaq. 
2) Çörək vahidləri kalkulyatoru
Karbohidratların qəbulunu düzgün hesablamaq məqsədi ilə 10-12 qram təmiz karbohidrata bərabər hesab edilən universal çörək vahidi (ç/v) anlayışı tətbiq olunur.
Hər bir qida qəbulu zamanı karbohidratların miqdarının 7-8 çörək vahidindən artıq olmaması
tövsiyə edilir.
Kalkulyatordan yalnız şəkərli diabet xəstələri deyil, həmçinin qida rasionuna və karbohidrat metabolizminə fikir verən şəxslər də istifadə edə bilərlər.
3) Şəkərli diabet mövzusunda faydalı məlumatlar
Mobil əlavədə şəkərli diabet ilə bağlı müxtəlif mövzuda məlumatlar təqdim olunur: diabetin növləri, riskləri, ağırlaşmaları, insulindən istifadə və s.
Proqram Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə yaradılmışdır.